Xəbər

"Qarabağ KOB-ları" “Rebuild Karabakh” sərgisində

21 oktyabr 2024, 15:15

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, PASHA Holding LLC - nin maliyyə dəstəyi ilə icra olunan "Qarabağ KOB-ları" proqramına 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (“Rebuild Karabakh”) ayrıca yer verilib.

Qeyd edək ki, "Qarabağ KOB-ları" proqramının əsas məqsədi qazi və şəhid ailələri üçün yeni iş yerlərinin yaradılması və onların öz #bizneslərini qurmasına dəstək olmaqdır. Bu təşəbbüs, Qarabağ bölgəsində iqtisadi dirçəlişi sürətləndirmək və sosial rifahı artırmaq məqsədini daşıyır.



Digər elanlar