Şəhid ailələri, müharibədə yaralanmış hərbçi və ya müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması, yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək proqramıdır.
Proqrama cəlb olunan iştirakçılar müvafiq təlimləri kecdikdən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri istiqamət üzrə avadanlıqlarla təmin olunur.
“Qarabağ KOB-ları 2023” layihəsi Bakı şəhəri, Şamaxı, İsmayıllı rayonlarını, eləcə də Şəki-Zaqatala regionunu əhatə edib.
“Qarabağ KOB-ları 2024” layihəsi Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərini əhatə edir.
“Qarabağ KOB-ları 2025” layihəsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib.
• “Maliyyənin idarə olunması”
• “Biznes planın hazırlanması”
• “Marketinq”
• “Sosial Media Marketinq” (SMM)
• “İnsan resurslarının idarə olunması”
• “Satış”
• “Qənnadı məmulatlarının hazırlanması”
• “Biçim sənəti”
• “Salon kursları”