
“Qarabağı siz azad etdiniz, indi növbə bizdədir!”
Qarabağ KOB-ları proqramı şəhid ailələri, müharibədə yaralanmış hərbçi və ya müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması, yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaq məqsədi ilə yaradılıb. Qarabağ KOB-ları proqramına cəlb edilən namizədlər şəhid ailələri, müharibədə iştirak etmiş və yaralanmış şəxslərin özləri və ailə üzvləri arasından yaşadıqları şəhər və rayonda özünüməşğulluq proqramı üzrə məşğulluq mərkəzində qeydiyyatdan keçən və növbəsi çatanlar arasından seçilir. Proqram çərçivəsində seçilmiş istiqamətlər üzrə peşə təlimləri keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunur.