Qarabağ KOB-ları layihəsi sahibkarlara dəstək göstərməkdə davam edir
18 noyabr 2025, 14:59
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağ KOB-ları layihəsinin dəstək göstərdiyi, Yasamal rayonunda yerləşən şəhid xanımı Sonaxanım Abbasovaya məxsus “Oxloff” çörək və şirniyyat istehsalı–satışı məkanını ziyarət edib. O, sahibkarla biznesin inkişafı və mövcud çətinliklərin həlli ilə bağlı fikir mübadiləsi aparıb.