İnkişaf Korporasiyası

“İnkişaf Korporasiyası” Qapalı Səhmdar Cəmiyyəti dövlət və özəl qurumların inkişafı üçün həllərin yaradılması və həyata keçirilməsi məqsədilə təsis edilmiş və 17 sentyabr 2020-ci ildə qeydiyyata alınmışdır. “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimayi Birliyinin heyəti tərəfindən yaradılan “İnkişaf Korporasiyası” dövlət və özəl sektorun inkişafında ən etibarlı təşkilat olmaq üçün fəaliyyətə başlamışdır. “Milli Təhsil Texnologiyaları Mərkəzi” (MTTM) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 Avqust 2013-cü il tarixində qeydə alınmışdır. 19 May 2014-cü ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə MTTM arasında anlaşma memorandumu imzalanıb. Təhsil Nazirliyi 2014-cü ildən etibarən MTTM ilə birgə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata keçirib. Layihənin əsas vəzifələri uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq, bu texnologiyaları tətbiq etmək, uşaq və yeniyetmələrdə milli mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr verməkdən ibarətdir.