Partnyor

https://dma.gov.az/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi

Dövlət Məşğulluq Agentliyi (Agentlik) ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində yaradılan publik hüquqi şəxsdir. Müstəqil Azərbaycan tarixində əhalinin məşğulluğunu təmin etmək məqsədilə yaradılan ilk qurum 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına müvafiq olaraq 1 avqust 1991-ci ildə fəaliyyətə başlayan Baş Məşğulluq idarəsi olmuşdur. Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradıldı.

Digər partnyorlar